İyulun 28-dək Gürcüstanda fasilələrlə yağış yağacaq

Milli Ətraf Mühit Agentliyi iyulun 25-27-də Gürcüstanda gözlənilən hava proqnozunu açıqlayıb. GAXA-nın agentliyin məlumatına istinadən məlumatına görə,  iyulun 28-dək Gürcüstanda havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.
Tbilisidə iyulun 25-də günün ikinci yarısından iyulun 28-dək fasilələrlə yağış yağacaq. Havanın temperaturu iyulun 25-də gündüz 31, 33, 26-27-də isə 26, 28 dərəcə isti təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): iyulun 25-i səhərədək yağış yağacaq, gün ərzində hava şəraitinin dəyişəcəyi gözlənilir. İyulun 26-da günün ikinci yarısından və iyulun 27-də yenidən yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 25-i səhərədək yağış yağacaq, gün ərzində hava şəraitinin dəyişəcəyi gözlənilir. İyulun 26-da günün ikinci yarısından və iyulun 27-də yenidən yağış yağacağı gözlənilir. İyulun 25-26-da havanın temperaturu gündüz +30, +32 dərəcə isti, iyulun 27-də isə soyuyacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): arabir yağışlı hava şəraiti gözlənilir. İyulun 25-26-da havanın temperaturu gündüz +28, +30 dərəcə isti, iyulun 27-də isə enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): arabir yağış yağacağı gözlənilir. İyulun 25-26-da havanın temperaturu gündüz +26, +28 dərəcə isti, iyulun 27-də isə enəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): iyulun 25-də günün ikinci yarısından iyulun 28-dək arabir yağış yağacağı gözlənilir. İyulun 25-də havanın temperaturu gündüz +31, +33 dərəcə isti, iyulun 26-27-də isə soyuyacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): iyulun 25-də günün ikinci yarısından iyulun 28-dək yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. İyulun 25-də havanın temperaturu gündüz +28, +30 dərəcə isti, iyulun 26-27-də isə enəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
GAXA.ge