Marneulidə bir nəfər yol qəzasında ölüb

Marneuli şəhərindəki Kostava küçəsində yol qəza hadisəsi nəticəsində bir nəfər həyatını itirib, 53 yaşlı sürücünün səhhətində problemlər yaranıb. O, idarə etdiyi avtomobili düzgün idarə edə bilməyərək müvazinətini itirib. GAXA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozmağa görə,  istintaq başlayıb.

Hadisəni törədən şəxsi 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə, üç ilədək müddətə vəzifə tutma və ya işləmək hüququndan məhrum etmə ilə cəza gözləyir.
GAXA.ge