İrakli Kobaxidze Avropa Siyasi İttifaqı Sammitinin açılış sessiyasında iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Böyük Britaniyada Blenheim sarayında keçirilən Avropa Siyasi İttifaqı Sammitinin plenar sessiyasında iştirak edib. Sammiti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Key Starmer açıb. Açılış plenar iclasının iştirakçıları qarşısında Ukrayna prezidenti, İsveçrə prezidenti və Danimarkanın baş naziri çıxış ediblər.
Avropa Siyasi İttifaqı Sammitinin açılışından əvvəl iştirakçı liderlər birgə xatirə şəkli çəkdiriblər.
Məlumat üçün bildirək ki, Avropa siyasi birliyinin 4-cü sammitində 50-yə yaxın ölkənin lideri iştirak edir. Sammitdə müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən cari hadisələr və qeyri-qanuni miqrasiyadır.
Gürcüstanın Baş naziri Avropa siyasi birliyinin sammitində xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jolianinin də daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edir.
GAXA.ge