Azərbaycanda Diplomatik Xidmət Orqanları əməkdaşlarının peşə bayramıdır

Bu gün Azərbaycanda Diplomatik Xidmət Orqanları əməkdaşlarının peşə bayramıdır. Bu gözəl bayram münasibəti ilə Azərbaycanı xarici ölkələrdə ləyaqətlə təmsil edən, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılmasında, Azərbaycan dövlətinin və xalqının, dünyadakı bütün azərbaycanlıların maraqlarının və hüquqlarının qorunmasında yorulmadan və qətiyyətlə fəaliyyət göstərən diplomatlarımızı təbrik edirəm.
Bu gün Azərbaycanın Gürcüstandakı səfirinin və səfirliyimizin əməkdaşlarının da bu bayramda payı var.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Maqbet oğlu Quliyevə də birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.
Bu gözəl gündə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevi və səfirliyin əməkdaşlarını bir daha ürəkdən təbrik edir, onlara təqdirəlayiq işlərində daha böyük uğurlar arzulayırıq!!!!
BAYRAMINIZ MÜBARƏK!