Məscidlər tikənə, bulaq çəkənə…

Yuxarı Saral və Axlılələ kəndlərində məscidlər ucaldan xeyriyyəçi iş adamı əslən Marneulinin Yuxarı Saral kəndindən olan Rəhim Hüseynova ithaf edirəm. Dünən Axlılələ kəndində tikintisi başa çatmış məscidin açılışı olub.

Məscidlər ucaldan Rəhim qardaşım,

Bil sənin zəhmətin heç getməz hədər!

Axlılələ kəndim, Saral sirdaşım –

Bir də biləcəkdir O Uca Qədər!

                       ***

Kəndlərdə məscidlər tikənə alqış,

“Yaşasın!” söyləyir sevimli Saral!

Sən ey eloğlu bil, sən bu dünyada                          

Min rəhmət qazandın, göylərə ucal!

                      ***

Yaşa ürəklərdə dualar kimi,

Hər ürək bil sənə “Yaşa!” deyəcək!

Tikdiyin məsciddə min azan səsi,

Səni də özüylə birgə, öyəcək!

                       ***

Bu uca məsciddə insanlar xoşbəxt,

Təmiz ürəklə bil qapı açacaq!

Bir göyərçin quşu xoş sədasıyla,

Məsciddə ona min sözlər saçacaq!

                       ***                    

Bu şeiri ilhamla yazdım siz bilin,

Məscidlər tikənə, bulaq çəkənə!

Allahım əbədi Cənnət yazıbdır,

Min bərəkət deyib torpaq əkənə!

                      ***

Həmişə dualar deyirəm mən də,

Məscidlər tikənə, bulaq çəkənə!

O insan özünə Cənnət yazdırır!

Eşidəndə azan səsini yenə!

                      ***

Ey həyat, qəlbimə təmiz su kimi,

Müqəddəs kəlamlar hopur durmadan.

Mənim də dilimlə şirin duyğular,

Şeirlər vəsf edir uca Yaradan!

                    ***

“Şəhidlər bulağı” çəkilib burda,

Hər şəhid sevgidən alır ilhamı.

Borçalı kimi bir tarixi yurdda,

Bir ovuc içəndə sevinir hamı!

                      ***

Məscidlər, bulaqlar ötsə də illər,

Düşəcək hər kəsin yaddaş-yadına!

Dualar, azanlar səslənir müdam –

Rəhimin eşqinə, Həsən adına!

                       ***

Ömür yollarında getdiyin izlər,

Səadət, məhəbbət bəxş edər sənə!

Göylərə yaraşıq verən məscidlər,

Tarixtək yazılar gözəl Vətənə!

                     ***

Sənin müdrik arzun çin oldu eldə,

Yazılıb Allahın Evində aydın!

Hər namaz qılanın şirin dilində,

Ötəcək duatək ey Rəhim, adın!

Sən belə doğuldun, belə yaşadın!

 

Nizami Məmmədzadə,

Azərbaycanın

Əməkdar jurnalisti,

AYB-nin üzvü 05.07.2024