Marneulidə Müasir Təlim Texnologiyaları adlı kitabın təqdimatı keçirilib
Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”nin dəstəyi ilə “Müasir Təlim Texnologiyaları” adlı kitabın təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov professor Sərdar Yusubovun həyatı və elmi yaradıcılığı haqqında tdbir iştirakçılarına ətraflı məlumat verib. S. Yusubov Marneulidəki məktəblərdə və İlya Cavcavadze adına Tbilisi Dövlət Universitetinin Marneuli filialında tarix fənnindən dərs deyib, 2016-2020-ci illərdə İakob Qoqebaşivili adına Telavi dövlət Universitetində təhsil elmləri fakültəsində doktorluq dissertasiyasını müdafiə edib, təhsil elmləri doktoru, akademik elmi dərəcəsini alıb. İşlədiyi müddət ərzində qabaqcıl təcrübəyə əsaslanaraq “Müasir Təlim Texnologiyaları” adlı tədris vəsaitini tərtib edib. Etnopedoqoqika elmi sahəsi üzrə ilk mütəxəssisdir.
Sonra professor Sərdar Yusubov müəllifi olduğu kitab haqqında ətraflı elmi məlumat verib. Vəsait yeni mövzular, dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən, yeni müasir təlim texnologiyaları ilə zənginləşdirilib. Yeni vəsait pedaqoji universitetin məzunları, magistrlər, doktorantlar üçün ümumtəhsil məktəblərinin müəllimləri və ali məktəbin pedaqoji fakultələrinin təcrübəçi müəllimləri üçün nəzərdə tutulub.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin 24 yanvar 2020-ci il tarixində ünvanladığı MES 82000073953 şriftli tövsiyə məktubu ilə tədris vəsaitinə rəy verilmiş və onun təhsil müəssisələrində istifadə olunması tövsiyə edildiyini bildirilib. Kitabın rəyçiləri; akademik K. Ramişvili, professor A. Musayev və professor K. Vardanaşvilidir.
Kitabda müəllif müxtəlif mövzularda təhsil üzrə mütəxəssislərin tədqiqatlarına istinadən süzgəcdən keçirib istifadə etdiyi 59 ədəbiyyat siyahısını tərtib edib və məqalə müəlliflərinin adını vəsaitdə rərc edib.
Tədbirdə çıxış edənlər Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Ketevan Vardanaşvili, parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə, iqtisadiyyat üzrə fəlsəfə doktoru Tacəddin Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, Algeti 1 saylı ictimai məktəbinin direktoru Musa Omarav, baş müəllim Hümbət Fərəcov, gürcü şair Quram Qurqenişvili və digər çıxışçılar müəllifi təbrik edərək ona elmi fəaliyyətində uğurlar arzulayıblar. Əməkdar jurnalisti Nizami Məmmədzadə tərəfindən yeni vəsaitin gürcü dilinə tərcümə olunub ali məktəb müəssisələrində tədris olunması üçün təklif irəli sürülüb.
GAXA.ge