Türk yazıçısı Səlahattin Yusif M.F. Axundov adına Mədəniyyət Muzeyinin qonağı olub
Mirzə Fətəli Axundov muzeyinin qonağı Türk yazıçısı Səlahattin Yusif Gürcüstan paytaxtı Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin qonağı olub. GAXA-nın məlumatına görə, bu barədə muzeyin elmi işçisi Leyla Əliyeva bildirib. Onun sözlərinə görə, yazıçı ailəsi ilə birlikdə muzeyin eksponatlarını diqqətlə nəzərdən keçirib.
Muzeyi maraqla gəzən Türk yazıçısı Səlahattin Yusif öz ürək sözlərini muzeyin Xatirə Kitabına qeyd edib. O, muzeydən xoş təəssüratlarla ayrıldığını bildirib.
GAXA.ge
