Rikoti aşırımında nəqliyyatın hərəkəti bərpa edilib

Avtomobil Yolları Departamentindən verilən məlumata görə, Rikoti aşırımında yol təmizləmə işləri yekunlaşıb və nəqliyyatın hərəkəti bərpa edilib.
“Güclü yağış nəticəsində Rikotinin tikintisi davam edən Chumateleti-Xevi hissəsi yaxınlığında, yola düşən su və palçıq səbəbindən yol təmizlənənə qədər nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
İşlər yekunlaşan kimi nəqliyyatın hərəkəti ikitərəfli rejimdə dərhal bərpa edilib”, - deyə Avtomobil Yolları İdarəsindən bildirilib.
GAXA.ge