Gürcüstanda növbəti zəlzələ baş verib
Gürcüstanın qərbindəki Raça bölgəsində növbəti zəlzələ baş verib. Onun maqnitudası 3,8 olub. Məlumatı Seysmik Monitorinq Mərkəzi yayıb.
Zəlzələnin episentri Oni şəhərinin cənubunda, Tşmor kəndi yaxınlığında yerləşib. Zəlzələlər yerli vaxtla səhər saat 8:06-da qeydə alınıb.
Məlumat üçün bildirək ki, iyunun 4-də Raça bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib və binalara ziyan dəyib.
GAXA.ge