Baş nazir Təhsil, Elm və Gənclər Nazirliyinin əməkdaşları ilə görüşüb

Baş nazir İrakli Kobaxidze Təhsil, Elm və Gənclər Nazirliyinin əməkdaşları ilə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə hökumət administrasiyası məlumat yayıb. İclasda hökumət başçısı təhsil sahəsində nəzərdə tutulan əsaslı dəyişikliklərə diqqət çəkib və qeyd edib ki, yeni hökumət proqramında ali təhsil və elm sahəsində əsaslı dəyişikliklərə xüsusi diqqət yetiriləcək. Baş nazirin sözlərinə görə, prioritet təhsil infrastrukturunun keyfiyyətcə təkmilləşdirilməsinə veriləcək ki, bu da tələbələrə və gənclərə özünü reallaşdırmaq üçün daha yaxşı imkan yaradacaq.
İrakli Kobaxidze dövlət qulluqçularının ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb və nazirliyin əməkdaşlarına xidmət illərinə görə təşəkkür edib.
Görüşdə Baş nazir ölkədə həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan iri infrastruktur layihələri və siyasi sabitliyin ölkənin inkişafı üçün xüsusi əhəmiyyətindən də danışıb.
Görüş sual-cavab rejimində keçdi.
Gürcüstanın baş nazirinin dövlət qulluqçuları ilə tanışlıq görüşləri davam edir. Təhsil, Elm və Gənclər Nazirliyindən əvvəl hökumət başçısı Xarici İşlər, İqtisadiyyat və Davamlı İnkişaf və Ədliyyə nazirliklərində olub.

GAXA.ge