Baş nazir avrokomissarın onu təhdid etdiyini deyib

“Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı müzakirələr zamanı Avropa komissarlarından biri məni Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdini nümunə gətirərək qorxudub. GAXA-nın məlumatına görə, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.
“Hətta Qərbdən uzun müddətdir, davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi. Avropa komissarı mənimlə söhbətində bu qanuna vetonun aradan qaldırılacağı təqdirdə Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadaladı və daha sonra qeyd etdi: “Fitso ilə bağlı hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız”, - Baş nazir İ. Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət “qlobal müharibə tərəfdarları” ilə xüsusilə sıx bağlıdır.
GAXA.ge