Ambarovka kəndində yolun asfaltlanması işləri davam etdirilir

Marneuli bələdiyyəsinin Ambarovka kəndində yolun asfaltlanması işləri davam etdirilir. GAXA-nın məlumatına görə, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, şəhər şurasının sədri Amiran Qiorqadze və merinin birinci müavini Roin Dekanoidze proseslə yerindəcə tanış olub, sakinlərlə layihə barədə söhbət ediblər.
Sözügedən layihə Regional İnkişaf Fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir və onun ümumi dəyəri 397 870 lari təşkil edir.

Qeyd edək ki, 2024-cü ildə Marneuli bələdiyyəsinin 18 kəndində daxili yol infrastrukturunun təşkili, 20 min metr uzunluğa qədər yolun çəkilişi nəzərdə tutulub.

GAXA.ge