Gürcüstanın baş prokuroru istefa verib

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib. O, açıqlamasında səhhəti ilə bağlı bu qərarı verdiyini bildirib.
Şotadzenin sözlərinə görə, o, müalicə alır və bu məqsədlə bir həftədən artıqdır ki, xaricdə olub. O, artıq istefa ərizəsini parlamentə təqdim etdiyini yazır.

“Mən səhhətimlə əlaqədar Gürcüstanın baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Həkimlərin tövsiyələrini nəzərə alaraq mənim üçün çətin bir qərar verməliyəm. Müalicə prosesinin bir neçə ay çəkəcəyi gözlənilir və bu məqsədlə bir həftədən artıqdır ki, xaricdəyəm. Müvafiq olaraq, mövcud vəziyyəti nəzərə alaraq, mənim Baş prokurorun səlahiyyətlərini davam etdirməyim mümkün deyil. Məhz buna görə də mən artıq Gürcüstan parlamentinə öz vəzifəmdən istefa ərizəsi ilə müraciət etmişəm”, - bəyanatda deyilir.

Şotadze 2020-ci il fevralın 18-də Gürcüstanın baş prokuroru seçilib.

GAXA.ge