Azərbaycandilli məktəblilər arasında Ulu Öndərin Ömür Yolu mövzulu inşa müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi baş tutub
Bu gün may ayının 10-da “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin təşəbbüsü ilə Marneuli şəhərindəki Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş xatirə tədbiri keçirilib. GAXA-nın məlumatına görə, tədbir çərçivəsində Gürcüstandakı azərbaycandilli məktəblilər arasında keçirilmiş “Ulu Öndərin Ömür Yolu” mövzulu inşa müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi baş tutmuşdur. Tədbirdə Səfir Faiq Quliyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze, səfirlik əməkdaşları, icma təşkilat rəhbərləri və soydaşlarımız, mətbuat nümayəndələri və Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri və şagirdləri iştirak etmişlər.
Tədbirin yekunu olaraq, Gürcüstandakı azərbaycandilli məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin Ömür Yolu” mövzulu inşa müsabiqəsində birinci yeri qazanmış Güllü Aşırova, ikinci yeri qazanmış Nəzrin Turabova, üçüncü yeri qazanmış Səmayə Əliyeva və Liyana Novruzova hədiyyə və sertifikatlarla təltif olunmuşlar.
GAXA.ge