ADA Universitetinin Tələbə Qəbulu şöbəsi Marneulidə görüş keçirib
"Bu gün mərkəzimizdə ADA Universitetinin Tələbə Qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasovanın ADA-da magistr təhsili almaq istəyən müəllimlər və tələbələrlə görüşü baş tutdu". GAXA-nın məlumatına görə, bu barədə GürcüstanAzərbaycanlılarının İnteqrasiya Mərkəzindən bildirilib.
Görüşdə ADA-nın magistr üzrə fakültələri, tədris ili, tələbə qəbulu, və bir çox önəmli movzulara aydınlıq gətirildi.
Nəzərinizə çatdıraq ki, Gürcüstan azərbaycanlıları “Təhsil üzrə menecment”, “Təlim və tədrisin təşkili və metodikası”, "Azərbaycan dili" və.s. ixtisaslarda imtahan vermədən, onlayn formada qeydiyyatdan keçərək lazımı sənədləri təqdim etdikdən sonra müsahibə yolu ilə seçilərək ADA-da təhsil alma haqqı qazana bilərlər.
GAXA.ge