Marneuli bələdiyyəsi ərazisində yol infrastrukturunun tikintisi davam edir

Marneuli bələdiyyəsinin Dioknis kəndində məhəllədaxili yolların tikintisi işləri sürətlə davam etdirilir. GAXA-nın məlumatına görə, layihə Regional İnkişaf Fondu və yerli büdcə tərəfindən birgə maliyyələşdirilir və onun dəyəri 930 746 lari təşkil edir.
Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze bələdiyyə rəhbərləri ilə birlikdə iş prosesi ilə tanış olub, layihənin gedişatı barədə yerli əhali ilə söhbət ediblər.

Qeyd edək ki, 2024-cü ildə Marneuli Bələdiyyəsinin 17 kəndində daxili yol infrastrukturunun tikintisi nəzərdə tutulub.

GAXA.ge