Tbilisidə təhsili, mədəniyyəti və poçt markaları adlı 133 poçt markasından ibarət sərgi keçirilib

Gürcüstanın Poçt İdarəsinin təşkilatçılığı və Tbilisi Dövlət Universitetinin dəstəyi ilə “Gürcüstanın təhsili, mədəniyyəti və poçt markaları” adlı sərgi keçirilib. GAXA-nın məlumatına görə, sərgidə TDU-nun birinci korpusunun Maro Makaşvili adına zalında müxtəlif illərdə buraxılmış Gürcüstanın incəsənətini, mədəniyyətini, idmanını, təhsilini və elmini əks etdirən 133 poçt markası təqdim olunub.
Tədbirdə qonaqlar qarşısında Gürcüstan Poçt İdarəsinin baş direktoru Levan Çikvaidze və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia çıxış ediblər.
Qeyd edək ki, Tbilisi Dövlət Universiteti ilə Gürcüstanın Poçt şöbəsi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində bu illər ərzində bir sıra mühüm birgə layihələr həyata keçirilib.

GAXA.ge