Gürcüstanda məktəbdə bomba xəbəri: Təxliyyə və axtarışlar başlayıb

Bu gün 18 martda “Tərəqqi” Gürcüstan-ABŞ Özəl Məktəbinin Batumi filialında partlayıcı qurğu olduğu haqqında xəbər yayılıb. Adıçəkilən məktəbin Batumi və Kutaisi filiallarında bomba xəbərlərinə görə uşaqlar və şagirdlər təxliyyə ediliblər. GAXA.ge “Sputnik Georgia”ya istinadən xəbər verir ki, minaaxtaranlar və kinoloqlar “Tərəqqi” Gürcüstan-ABŞ Özəl Məktəbinin Batumi filialında partlayıcı qurğu aşkar etməyiblər. Kutaisi filialında isə partlayıcı qurğunun axtarışları hələ də davam etdirilir. Ərazidə minaaxtaranlar çalışırlar.Bildirilib ki, bomba haqqında xəbər Kutaisi filialının direktoruna elektron poçt üzərindən göndərilib.

Batumi filialındakı tədris prosesində sabahdan dərslər bərpa olunacaq.

GAXA.ge