İrakli Qaribaşvili - Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir
Azərbaycan hər il ilk beşlikdədir, bu il ticarət 15% artıb. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, yükdaşımalar da artıb.
“Bizim ticarət və iqtisadiyyat məsələləri ilə bağlı da söhbətimiz oldu. Biz enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Hər il ilk beşliyə düşür. Bu il ticarət dövriyyəsi 15% artıb. Keçən il də kifayət qədər rekord il olduq. Yükdaşımaların həcmi də artıb. Ümumiyyətlə, qeyd etmək istərdim ki, biz istər enerji, istər nəqliyyat, istər logistika, istərsə də hər hansı digər sahədə bütün məsələlərdə çox uğurla əməkdaşlıq edirik. Dəmir yollarımızın da çox uğurlu əməkdaşlığı var”, - deyə baş nazir bildirib.
GAXA.ge