Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir
Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin
etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. GAXA-nın xəbərinə görə, bu sözləri Azərbaycan
Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının
5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib.
Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon
tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı
bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15
milyon tondan 25 milyon tona qədər artırılır.
Mənbə: Xalq qəzeti