Özurqeti və Lançxuti kəndlərindən 122 nəfər təxliyə edilib - Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi Quriya vilayətinin təbii fəlakət zonasında mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin məlumatına görə, Quriya vilayətinin fəlakət zonasında xilasetmə tədbirləri davam etdirilir.
“Ozurqeti və Lançxuti bələdiyyələrinin kəndlərindən Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri tərəfindən 122 nəfər, o cümlədən azyaşlılar təxliyə edilib.
Onlar təhlükəsiz yerə aparılıb. Yanğınsöndürənlər tərəfindən kəndlərdə yaşayan əhaliyə ilkin tələbat malları, dərman vasitələri və məmulatlar çatdırılıb.
Quriya bölgəsində Daxili İşlər Nazirliyinin müvafiq bölmələri həm canlı qüvvə, həm ağır texnika, həm də üzən maşınları səfərbər edib. Xüsusi pilotsuz uçuş aparatları ilə fəlakət bölgəsində monitorinq
Hazırda davam edir”, - agentlikdən bildiriblər.
GAXA.ge