FTB direktoru - ABŞ-da hələ də çoxlu rus casusları var

Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyin sözlərinə görə, onları zərərsizləşdirmək cəhdlərinə baxmayaraq, ABŞ-da hələ də çoxlu rus casusları var. Onun sözlərinə görə, Rusiya əks-kəşfiyyatının ABŞ-dakı təhlükəsi hələ də böyükdür.

“Amerika Birləşmiş Ştatlarında hələ də çoxlu rus casusları var. Hələ də rus kəşfiyyatının izləri var. Biz ştatlarda rus casuslarının yolunu hər cür kəsməyə çalışırıq. Əgər kiməsə Rusiya Federasiyasının maraqlarının nə olduğunu xatırlatmaq lazımdırsa, Ukraynada baş verənlərə baxın”, - FTB direktoru bildirib.

GAXA.ge