Oni bələdiyyəsinin fəlakət bölgəsində 32-ci cəsəd tapılıb
Xilasedicilər 32-ci cəsədi Oni bələdiyyəsinin fəlakət bölgəsində tapıblar. GAXA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb. Məlumata görə, yanğınsöndürənlər və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədi Çançaxi çayının yatağında aşkar ediblər.
Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.
"Tədbirlərə Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin bütün aidiyyəti bölmələri, o cümlədən ağır texnika, pilotsuz uçuş aparatları, üzən maşınlar və kinoloqlar qrupu cəlb olunub", - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
GAXA.ge