Batumi Musiqi Mərkəzində Ümummilli Lideri Heydər Əliyevin 100 iilik yubileyinə həsr olunan sərgi keçiriləcək
2023-cü oktyabr ayının 2-də, saat 19:00-da Batumi Musiqi Mərkəzində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 iilik yubileyinə həsr olunan sərgi Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı çərçivəsində keçiriləcəkdir. Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyilə baş tutacaqdır.