Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sentyabrın 3-dən general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri vəzifəsinə gətirilib.
O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib. Kirill Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinə rəhbərlik edir. 2010-cu illərin ortalarında o, tank və motoatıcı briqadalara komandirlik edib.
GAXA.ge