Ərdoğan Soçidə Putinlə “taxıl müqaviləsi”nin davam etdirilməsi və əsirlərin mübadiləsini müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə “Taxıl müqaviləsi”nin davam etdirilməsi və əsirlərin mübadiləsi məsələlərini müzakirə edəcək.

KİV-in məlumatına görə, Ərdoğan və Putin həmçinin ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etməyi planlaşdırırlar. Bundan başqa, Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi də gündəmdə olacaq.

Ərdoğanın səfərindən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq Moskvaya səfər edib və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.

“Gündəmin ən mühüm məsələsi “taxıl sazişinin” bərpası olacaq”, - media yazır.

GAXA.ge