Tbilisiyə yağan güclü yağış və külək paytaxt üçün problemlər yaradıb
Tbilisi meriyasının məlumatına görə, küçələri və yeraltı keçidləri su basıb, ağaclar aşıb, elektrik naqilləri zədələnib. Tbilisi Bələdiyyəsinin bütün aidiyyatı qurumları Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidməti ilə birlikdə tam səfərbər olunub və problemlərin aradan qaldırılmasına başlanılıb. Tbilisi meriyası əhalini küçədə hərəkət etməkdən çəkinməyə və zəruri hallarda müvafiq xidmətlərə müraciət etməyə çağırır:
“Tbilisinin bütün rayon administrasiyalarının nümayəndələri hadisə yerindədir. Biz əhalini küçələrdə hərəkət etməkdən çəkinməyə, zərurət yaranarsa, meriyanın 0322 72 22 22 qaynar xəttinə zəng etməyə çağırırıq”, - deyə meriyanın yaydığı məlumatda qeyd olunur.
GAXA.ge