Bu gün Ukrayna Müstəqillik Gününü qeyd edir

Ukrayna bu gün müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünü qeyd edir. Ukrayna Ali Radası 1991-ci il avqustun 24-də müstəqilliyini elan edib. Həmin il dekabrın 1-də keçirilən referendumda əhalinin əksəriyyəti Müstəqillik Aktını dəstəklədi. Bu barədə “Exo Kavkaza” məlumat yayıb.
Bu, Rusiyanın genişmiqyaslı hərbi təcavüzünün başlamasından bəri Ukraynanın ikinci müstəqillik günüdür. Kütləvi tədbirlər planlaşdırılmır, Kiyevin mərkəzi prospektində “parad” – məhv edilmiş Rusiya texnikasının sərgisi keçirilir.
Prezident Zelenski ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.
“Bu, azad insanların bayramıdır. Güclü insanlar günü. Ləyaqətli, bərabərhüquqlu insanların bayramıdır. qadınların və kişilərin. Bu, bizim səy göstərdiyimiz dəyərdir. Bu mübarizədə hər kəs önəmlidir, çünki mübarizə hər kəs üçün vacib olan şey üçündür. Bu, müstəqil Ukraynadır”, - deyə Zelenski bildirib.

Ukraynanın Müstəqillik Günü ABŞ dövlət katibi Entoni Blinken, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel tərəfindən təbrik edilib. Borelin sözlərinə görə, Ukrayna və Avropa İttifaqının ümumi gələcəyi var.

Vladimir Putinin müttəfiqi, Belarus lideri Aleksandr Lukaşenko da Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, “hər iki ölkə üç onillik əvvəl müstəqillik əldə edib və onlar regionun təhlükəsiz və ləyaqətli inkişafı üçün lazımi şərait yaratmalıdırlar”.

GAXA.ge