Gürcüstanda 2008-ci il avqust müharibəsinin 15-ci ildönümü qeyd olunur
Gürcüstanda 2008-ci il avqust müharibəsinin 15-ci ildönümü qeyd
olunur.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının
rəhbəri polkovnik Fuad İbrahimov və
səfirliyin əməkdaşları Muxatqverdidəki
“Qardaşlıq qəbiristanlığı”nda müharibə
qurbanlarının xatirəsini anıblar.
Qeyd edək ki, 2008-ci ilin avqustunda
Rusiyanın Gürcüstana hərbi müdaxiləsi
nəticəsində 228 mülki şəxs, 170 hərbçi
və 14 polis həyatını itirib, 2232 Gürcüstan vətəndaşı isə yaralanıb. Gürcüstanın
263 min 598 vətəndaşına məcburi köçkün statusu verilib.
Bu müharibədən sonra Abxaziya və
Cənubi Osetiyanı müstəqil ölkə elan olunub.
GAXA.ge