Çeçenistan Gürcüstanı hava yolu ilə birləşdirmək istəyir

Çeçenistan Gürcüstanı hava yolu ilə birləşdirmək istəyir. GAXA-nın məlumatına görə, bu barədə Çeçenistan Rusiya şirkəti ilə danışıqlara başlayıb. Çeçenistanın nəqliyyat naziri Ramzan Çerxiqov Rusiyanın “Azimut” aviaşirkətinin icraçı direktoru Eduard Teplitski ilə görüşüb. Qroznoda “Azimut”un da Qroznodan Gürcüstana uçuşlar edəcəyinə ümid edirlər. Bu barədə məlumatı “Exo Kavkaza” yayıb.

“Biz bir neçə perspektivli layihələri müzakirə etdik. Biz həm Rusiya daxilində, həm də xaricdə uçuşları genişləndirməliyik. Biz Soçi, Volqoqrad, Tbilisi və Ciddəyə uçuşların mümkünlüyünü müzakirə etdik”, - Çerxiqov bildirib. Onun sözlərinə görə, bu qərar turizmin inkişafına müsbət təsir göstərəcək.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl “Rosaviasiya”nın Rusiya aviaşirkətlərinə Gürcüstan istiqamətində həftədə 284 uçuş həyata keçirməyə icazə verdiyi barədə məlumat yayılmışdı.

GAXA.ge