Gürcüstanın müdafiə naziri Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb
Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu ilə görüşüb. Müdafiə naziri Türkiyə Respublikasının rəsmi nümayəndəsinə ölkənin siyasi və Avro-Atlantik inteqrasiya məsələlərində göstərdiyi dəstəyə və əməli köməyə görə təşəkkür edib. Görüşdə ölkələr arasında müdafiə sahəsində məhsuldar əməkdaşlıq və müdafiə qüvvələrinin transformasiyası prosesində Türkiyə Respublikasının dəstəyi müzakirə olunub. Söhbət zamanı NATO-Gürcüstan Əsas Paketinin (SNGP) mühüm roluna və paketin təşəbbüslərinin uğurla həyata keçirilməsində Türkiyənin töhfəsinə toxunulub.
Görüşdə tərəflər regional təhlükəsizlik məsələlərini və mövcud çağırışları nəzərdən keçiriblər. Qara dənizin təhlükəsizliyi mövzusuna xüsusi yer ayrılıb. Bu kontekstdə Türkiyə Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Müdafiə naziri, həmçinin Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi ilə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini vurğuladı və ölkələr arasında uyğunluğun artırılması üçün üçtərəfli mühüm təlimlərdən danışdı.
Müdafiə naziri ilə görüşdən əvvəl Seyfullah Hacımüftüoğlu Milli Təhlükəsizlik Şurasının təşkil etdiyi genişmiqyaslı kibertəhlükəsizlik forumunda da iştirak edib.

