Rus əsgəri “Leopard” tipli tankı məhv edib
“Leopard” tipli tankı məhv etdiyi iddia edilən rus əsgərinə “bonus” olaraq bir milyon rubl (30 743 lari) verilib. Rusiya Müdafiə Nazirliyi yaralı əsgər Andrey Kravtsovun palata çarpayısında oturaraq “mükafat” aldığını əks etdirən video yayıb.
Videoda onun sağ qolunu itirdiyi görünsə də, Rusiya tərəfi Kravtsovun tankı nə vaxt və harada məhv etdiyini, nə üçün xəstəxanada müalicə aldığını açıqlamayıb.
GAXA.ge