Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazanıblar
Kutaisi şəhərində
yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. GAXA-nın KONKRET.az-a
istinadən məlumatına görə, bu barədə Azərbaycan yığması Gürcüstan, Özbəkistan,
İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.
Baş məşqçi Vaqif
Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov
(46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə
qalib gələrək, qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal
Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.
Digər
boksçularımızdan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev,
Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq),
Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla
bitiriblər.
GAXA.ge