Gürcüstan nümayəndə heyəti Türkiyə prezidentinin andiçmə mərasimində iştirak edəcək

Gürcüstanın Türkiyə Respublikasındakı səfiri Georgi Cancqava bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti Ankarada keçiriləcək bayram tədbirlərində iştirak edəcək. Onun sözlərinə görə, Ərdoğanın andiçmə mərasimində dünyanın yüzdən çox ölkəsinin lideri iştirak edəcək.

“Onların arasında Azərbaycan Prezidentini, Bolqarıstan Prezidentini, Monteneqro Prezidentini, Albaniyanın Baş Nazirini, Macarıstanın Baş Nazirini, həmçinin Aİ və Asiya ölkələrinin liderlərini qeyd etmək lazımdır. Bildiyiniz kimi, Türkiyə bizim qonşumuzdur, dost ölkədir, həm də strateji müttəfiqimizdir”, - Cancqava bildirib.
GAXA.ge