Nikol Paşinyan iyunun 3-də Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
Ermənistan baş nazirinin aparatından bildirilib ki, Ermənistan müvafiq dəvət alıb. Nikol Paşinyan iyunun 3-də keçiriləcək mərasimdə iştirak etmək üçün Ankaraya gələcək.

Xatırladırıq ki, Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən seçkilərin ikinci turu nəticəsində yenidən Türkiyə prezidenti seçilib.

GAXA.ge