“Onlar insanları sudan zəhərləyərək yoluxucu xəstəliklər şöbəsinə gətirməyiblər” - Marina Ezuqbaya

Sosial şəbəkələrdə Tiflisdə bir neçə nəfərin çirklənmiş sudan zəhərləndiyi, bəzilərinin yoluxucu xəstəliklər xəstəxanasına aparıldığı barədə məlumatlar yayılıb. Xəbərləri yoxlamaq üçün Pia.ge saytı yoluxucu xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya ilə əlaqə saxlayıb və həkim məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.

Pia.ge ilə danışan Ezuqbaya "İnsanlar yoluxucu xəstəxanaya su ilə zəhərlənərək gətirilməyib" deyə bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Su və Energetika şirkəti bundan əvvəl bəyanat yayaraq ictimaiyyətin yüksək marağını nəzərə alaraq Tiflis, Rustavi və Mtsxeti şəhərlərində içməli suyun keyfiyyəti ilə bağlı əsassız dezinformasiyaların yayılmasına cəhd edildiyini açıqlamışdı.

GAXA.ge