Təhsil və Elm naziri Mixeil Çxenkeli ən yaxşı müəllim müsabiqəsinin qaliblərini mükafatlandırıb

Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli ən yaxşı müəllim müsabiqəsinin qalibləri olan gürcü dili, ingilis dili və alman dili müəllimlərini mükafatlandırıb və uğurları münasibətilə onları şəxsən təbrik edib.

Nazir müsabiqənin qaliblərinə fəxri mükafat - ən yaxşı müəllim döş nişanı və müvafiq sertifikat təqdim edib. Bundan əlavə, müəllimlərə partnyor təşkilatlardan planşetlər və xüsusi hədiyyələr təqdim olunub.

Müsabiqə Gürcüstanın Təhsil və Elm Nazirliyi və Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin təşəbbüsü ilə keçirilib.

Gürcüstanın Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə keçirilən ən yaxşı müəllim müsabiqəsi hər il Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi tərəfindən keçirilir və mərkəzin əsas məqsədi müəllim peşəsini populyarlaşdırmaq, nüfuzunun artmasına kömək etmək və uğurlu pedaqoji təcrübələri üzə çıxarmaqdır.

Qeyd edək ki, müsabiqənin qaliblərindən biri Azərbaycan vətəndaşı gürcü müəllimi İnqilo olub - ən yaxşı ingilis dili müəllimi adına Zalqa bələdiyyəsinin Bareti kəndinin ictimai məktəbinin müəllimi Ketevan Emraşvili layiq görülüb. O, əslən Qax rayonunun Əlibəyli kəndindəndir.

 Serqo Kereselidze, “Hotnews” xəbər agentliyi,  jurnalist