Bakı-Tiflis-Qars dəmir yoluna daha 100 milyon dollar sərmayə qoyulacaq
Bakı-Tiflis-Qars dəmir yoluna əlavə 100 milyon dollar sərmayə qoyulacaq. GAXA-nın məlumatına görə, bu barədə “Exo Kavkaza” saytı məlumat yayıb. Xəbərdə qeyd olunub ki, Bakı-Tiflis-Qars dəmir yoluna əlavə 100 milyon dollar sərmayə qoyulması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib. İ.Əliyev bu barədə Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşündə bildirib. Onun sözlərinə görə, dəmir yolu yüklərinin buraxılış qabiliyyəti 5 milyon tona yüksələcək.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Tiflisə səfəri zamanı dəmir yolu dəhlizinə əlavə vəsaitin yatırılacağını açıqlamışdı. İ.Əliyev həmçinin bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması üzərində fəal işləyir. Azərbaycan prezidentinin sözlərinə görə, avtomobil yolunun 70 faizi, dəmir yolunun isə 40 faizi artıq tikilib və işlər 2024-cü ildə başa çatdırılmalıdır.
GAXA.ge