Gənclərimiz Tiflisdə iştirak etdikləri idman yarışında uğur əldə ediblər

20 noyabr 2022 tarixində Gürcüstan paytaxtında "Georgian Jiu-Jitsu Tour" təşkilatçılığı ilə Braziliya Jiu- Jitsu növü üzrə turnir keçirilib. Turnirdə 5-34 yaşlı idmançılar iştirak ediblər. Yarışda "İnkişaf və Təhsil Mərkəzi"-nin Jiu Jitsu kursunun 10 nəfərdən ibarət gənc idmançılar məşqçi İmran Məmmədovun rəhbərliyi ilə yarışlara qatılıblar. Yarışlara qatılan idmançılarımız 1 gümüş, 3 bürünc medallı qazanıblar. Yarışda Yaşa İdrisov 70 kq çəkidə II, Adəm Musayev 23 kq çəkidə III,
Əli Kələyev 70 kq çəkidə III və Nazim Çerepanov 100 kq çəkidə III yerlərə layiq görülüblər.
GAXA.ge