Salome Zurabişvili öz Twitter səhifəsində Ukrayna və Moldovanı Aİ üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib

“Prezident Zelenski və prezident Sandu, Ukrayna və Moldova xalqlarını bu ümid günü münasibətilə təbrik edirəm. Namizəd statusunun verilməsi Aİ və bütün üzv dövlətlərin birliyini və iradəsini nümayiş etdirən tarixi addımdır. Biz Avropa yolunda birlikdə üç assosiativ üzvük”. GAXA-nın məlumatına görə, Gürcüstan prezidenti Salome Zurabişvili öz Twitter səhifəsində Ukrayna və Moldovanı Aİ üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib.

Aİ ölkələrinin liderləri Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusu verməyə hazır olduqlarını bəyan ediblər, lakin bu, bir sıra şərtləri yerinə yetirdikdən sonra ola bilər..

Xatırladaq ki, 2021-ci ilin mayında Gürcüstan, Ukrayna və Moldova Aİ ilə Assosiasiya Sazişinin həyata keçirilməsi də daxil olmaqla, Avropaya inteqrasiya məsələləri üzrə əməkdaşlıq üçün Associated Trio formatını yaratdılar.

GAXA.ge