Gürcüstan vətəndaşı Bakıda oğurluq edib

Hadisə Nərimanov rayonunda olub. Azərbaycan mətbuatının xəbərinə görə, oğurluqla bağlı Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılıb. GAXA-nın AZƏRTAC-a istinadən məlumatına görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində cinayət işi qaldırılıb. Paata Grineviç ifadəsində Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. O, Nizami rayonunda bir mənzildə də oğurluq etdiyini qeyd edib.

Faktlarla bağlı təhlükəsizlik kameralarında görüntülər müəyyən edilərək Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Paata Grineviçin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

GAXA.ge