Tiflisdə Bülbülün büstü ziyarət edilib

Gürcüstan paytaxtında Bülbülün  (Murtuza Məşədi Raza oğlu Məmmədov) anadan olmasının 125 illiyi anılıb. GAXA-nın məlumatına görə, tədbir çərçivəsində Azərbaycan səfirliyinin rəsmiləri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin qarşısındakı parkda ucaldılmış büst önünə gül dəstələri düzərək görkəmli sənətkarı ehtiramla yad ediblər.

Xatırladaq ki, görkəmli Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün büstünün müəllifi gürcü heykəltaraşı Georgi Caparidzedir. Büst 2015-ci ildə ucaldılıb.

GAXA.ge

GAXA.ge