Avropa Parlamentinin deputatı- Avropa Birliyinin qapıları sizin üzünüzə açıqdır

"Avropa Birliyinin qapıları sizin üzünüzə açıqdır. Siz xalq olaraq ölkənizin taleyini təyin etmək qüdrətinə maliksiniz”. GAXA-nın məlumatına görə, bunu Avropa Parlamentinin deputatı Viola fon Kramon iyunun 20-də paytaxt Tiflisdə keçirilən “Evə-Avropaya” aksiyası ilə bağlı Twitter-də yazıb.

“Gürcüstan Avropadır, çünki xalqı bunu deyir! Bu, Avropa ürəyi, Avropa dəyərləri və Avropa gələcəyi olan bir millətdir. Heç bir siyasi partiya və ya xarici ölkə bunu dəyişdirə bilməz”, -  Viola fon Kramon Twitter-də qeyd edib.

Avropa Parlamentinin deputatı həmçinin gürcülərin azadlıqsevər xalq olduğunu və uzun müddətdir Avropa dəyərlərinin tərəfdarı olduğunu qeyd etdiyi videomüraciətdə yayıb.

“Əziz gürcülər, mən şadam ki, bu möhtəşəm görüş sizin səylərinizin nəticəsi oldu. Siz Gürcüstanı Avropaya inteqrasiya yolunda görmək istəyən və dəyərləri bizimlə paylaşan hər kəs üçün toplaşdınız. Siz azadlıqsevər xalqsınız. Siz çoxdan Avropa dəyərlərinin tərəfdarısınız və bunu hamımız yaxşı bilirik. Bu yolda bütün səylərinizdə sizi dəstəkləyirik. Yaşasın Gürcüstan! Yaşasın Avropa!”, – deyə Avropa Parlamentinin deputatı qeyd edib.

GAXA.ge