Sabah Tiflisdə gənc rəssam Günel Zeynalovanın fərdi sərgisi keçiriləcək

Gənc rəssam Günel Zeynalova gənc və istedadlı rəssamdır. O, əslən Qızılhacılı kəndindəndir. Günel hələ uşaqlıqdan rəsm əsərləri çəkməyə həvəsli olub və getdikcə bu sənətə sevgisi, məhəbbəti çoxalmış və məktəbdə oxuyarkən, paralel olaraq "Marneuli Çay Evində" 5 il rəsm kursuna gedib, rəssamlığın sirlərini öyrənməyə başlayıb. Günel Zeynalova Marneulidən olan rəssam Rahilə Nurməmmədovanın şagirdi kimi getdikcə rəsm əsərlərinə həvəsi artıb və təcrübə əldə edib.
Gənc rəssam məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. O, universiteti bitirdikdən sonra Gürcüstana qayıdıb. Hazırda fəaliyyətini "Marneuli Çay Evində" və "Qrinviç Təhsil Mərkəzində" rəsm müəlliməsi kimi davam etdirir, gənclərə rəssamlığın sirlərini öyrədir. Günel Zeynalova rəsm dərsi deməklə Marneuli və Tiflisdə müxtəlif mövzularda sərgilərinin keçirilməsinə nail olub və onun əsərləri sərgi iştirakçılarının xoşuna gəlib.

Qeyd edək ki, sabah aprel ayının 20-də saat 14:00-da gənc istedadlı rəssam Günel Zeynalovanın Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində fərdi sərgisi keçiriləcək. Gənc peşəkar rəssam feysbuk səhifəsi vasitəsi ilə rəsm əsərləri həvəskarllarına müraciət edərək onları və Tiflis şəhər sakinlərini keçirdiyi sərgiyə dəvət edir. Uğurlar, Günel xanım!
GAXA.ge