Gürcüstanda 134 ton ağırlığında olan Fars hamamı digər əraziyə köçürülüb
Gürcüstanda
tarixi abidə sayılan çəkisi 134 ton ağırlığında hesablanılan Fars hamamı tamamilə
qaldırılaraq yeni bir yerə köçürülüb. GAXA-nın gürcü mətbuatına istinadən xəbərinə
görə, ölkədə ilk dəfə 134 ton ağırlığında olan tarixi bir abidənin köçürülməsi
həyata keçirilib. "Abulmugi" adlandırılan hamam tərcümədə "Əbülmugi" də
adlandırılır. Məlumatda hamam binasının XVII - XVIII əsrlərə aid edildiyi, fars
üslübuna xas olan bir tikili olduğu haqqında məlumat verilir. Tikilini 1977-ci
ildə Dmanisi bölgəsindəki tarixi Abulmugi kəndi ərazisində aparılan qazıntılar
zamanı aşkar edilib.
Məlumatda
bildirilib ki, hamam sahəsindəki qazıntılar zamanı Kraliça Rusudanın sikkəsi və
Milli Muzeydə saxlanılan şüşəli keramika parçaları tapılıb.
Abidənin ilk
bərpası 1970 -ci illərdə aparılıb, lakin 2018 -ci ilə qədər hamam artıq çox bərbad
vəziyyətdə olub. Bina bitki örtüyünə bürünmüşdü, üstəlik, RMG mədən şirkətinin
istehsal sahəsində yerləşirdi. Bu, tezliklə onun tamamilə məhv olmasına səbəb
olacağı bildirilib. Məhz bu səbəbdən hamam tikilisinin köçürülməsi məqsədəuyğun
hesab edilib.
Tikili
haqqında məlumatı olan ziyalıların dediyinə görə, Dmanisi bölgəsində farslara məxsus
tikili inşa edilməyib və tarixi abidənin kimə məxsus olduğu dəqiqləşdiriməlidir.
GAXA.ge