Dmanisidə baş verən qarşıdurmanın təfərrüatları...
Azərbaycanlıların kompakt yaşadığı Dmanisidə Svan əsilli
eko-miqrantlar arasında mayın 16-da 9 Aprel küçəsində qarşıdırma yaranıb.
GAXA-nın məlumatına görə,bu gün hadisə yerinə hüquq-mühafizə əməkdaşları cəlb
edilib. Hadisə yerinə toplaşan çoxlu sayda yerli sakinlər olan azərbaycanlılar dünən
baş verən hadisənin səbəbkarların sərt şəkildə cəzalandırılmasını tələb edirlər.
Hadisə nəticəsində 8 nəfər Svan əsilli eko-miqrantlar saxlanılıb. Polis
binasının qarşısına toplaşan eko-miqrantlar onların azad edilməsini tələb edirlər.
Polis əhalini sakitləşdirməyə çalışır və qarşıdurmada bir-birilərini günahlandıran qruplar arasında durur. Bu gün hadisə yerinə polis əməkdaşları və xüsusi təyinatlılar cəlb edilib. Dmanisiyə Daxili İşlər Naziri Vaxtanq Qomelauri, Təhlükəsizlik Xidmətinin rəhbəri Qrigol Liluaşvili və digər hökumət nümayəndələri gəliblər. Dmanisiyə Gürcüstan parlamentinin çoxluq üzvü Sozar Subari də gəlib. Məlumata görə, o, yerli hökumət rəsmiləri və hüquq-mühafizə orqanları ilə birlikdə əhali arasında baş verən mübahisələri azaltmaq üçün rayon polis binasında iclasa qatılacaq.S. Subari jurnalistlərə açıqlamasında “Sakit olun, sakitləşsəniz, hər şey yaxşı olacaq”,- deyib.
Günortaya yaxın rayonda baş verən qarşıdurma ilə
bağlı iclas keçirilir.
Bu gün həmçinin Dmanisinin küçələrində yenidən
qarşıdurma baş verib. Aksiya iştirakçıları jurnalistlərin çəkilş etməyinə də mane olublar. Polis əməkdaşları hadisəni nəzarətə götürüblər. Gürcüstan
TV-lərin məlumatına görə, qarşıdurma zamanı polis qüvvələri yaralanıblar. DİN
hadisə ilə bağlı bəyanat yayıb. Nazirlik asayişi qorumağın vacibliyini qeyd
edib.
Xatırladaq ki, Dmanisidə ikinci gündür ki, Dmanisidə
Svanetidən olan eko-miqrantlar olan svanlarla yerli azərbaycanlılar arasında
qarşıdurma baş verib.Hadisənin səbəbi Svan gənclərinin Dmanisidəki ərzaq
mağazasının birində nisyə spirtli içki tələb etməsi olub. Onlar satıcını təhqir ediblər, sonra satıcı qızın atası qızını müdafiə edərkən onun başına zərbə vurublar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə,
hadisə ilə bağlı istintaq zorakılıq maddəsi ilə cinayət işi başlanıb. Faktla
bağlı araşdırma aparılır.
GAXA.ge