Tiflisdə fəaliyyət göstərən Müslim Media internet TV kanalına kiber hücumlar olub

Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) nəzdində fəaliyyət göstərən Müslim Media internet TV kanalına kiber hücumlar olub. GAXA-nın məlumatına görə, bu barədə İnternet TV-nin rəhbəri Vidadi Qurbanov medianın 6 illik fəaliyyəti və bu müddətdə olan nailiyiyyətləri haqqında məlumat verərkən bildirib. Onun sözlərinə görə, TV-nin fəaliyyəti müddətində çəkilən verilişlər silinib.

Kanala edilən kiber hücumların baş verdiyini Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov da təstiqləyib. Onun sözlərinə görə, kiber hücumlar barədə əlaqədar təşkilatlara məlumat verilib. Hazırda araşdırma aparılır.

GMİ-nin şeyxi qeyd edib ki, hücuma baxmayaraq, kanal fəaliyyətini bərpa edib və verilişlərin çəkilişi davam etdirilir.

Xatırladaq ki, Müslim Media TV 2015-ci ildən fəaliyyət göstərir.


GAXA.ge