Bu gün Gürcüstanda matəm günüdür

Bu gün Gürcüstanda matəm günü elan edilib. GAXA-nın məlumatına görə, ölkənin dövlət idarə və müəssisələrində, inzibati binalarda dövlət bayraqları endirilib.

Məlumata görə, 4 nəfər Gürcüstan vətəndaşı İnquri çayını keçərkən suda boğulublar. Hadisə nəticəsində böğulan vətəndaşlardan 2 nəfəri kişi, ikisi isə qadın olub. Hadisə aprelin 7-də baş verib. Ölənlər işğal altındakı Qaliyə aparılıb.

Hadisə ilə əlaqədar bu gün matəm günü elan edilib.

Xatırlatmaq istərdik ki, hökumətin qərarı ilə 10 aprel Gürcüstanda faciəvi şəkildə ölmüş işğal altında olan Abxaziya ərazisində yaşayan Gürcüstan vətəndaşlarının xatirəsinə hörmət olaraq matəm günü elan edilib. 

GAXA.ge