Tiflisdə 9 aprel qurbanlarının anım mərasimi keçirilib

Bu gün Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftisi ruhanilərdən ibarət nümayəndə heyəti ilə birgə Parlament binasının qarşısında 9 aprel faciəsi qurbanları abidəsinin önünə əkil qoyublar. GAXA-nın məlumatına görə,  sonra Tiflis Cümə məscidində din, elm və ictimaiyyət xadimlərinin iştirakı ilə 9 aprel qurbanlarının anım mərasimi keçirilib.

Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Abay Paşayev, 9 aprelin canlı iştirakçısı Qəhrəman müəllim Musayev və Gürcustan Gənçlərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev  çıxış ediblər.

Çıxış edənlər 9 aprel faciəsini bir daha anaraq faciənin gənclərimizin vətənpərvər və mənəvi dəyərlər ruhunda böyüməsinə və tərbiyə olunmalarına güclü təsir etdiyini bildiriblər.

Anım mərasimində iki qonşu ölkə olan Gürcüstan və Azərbaycanın başına gətirilən faciənin acısını hər iki ölkənin birgə yaşadığı bildirilib.

Sonra 9 apreldən bəhs edən qısa video çarx tədim olunub.

Sonda ölkələrdə sülh və əminamanlığın, azadlıq və süverenliyin əbədi olmasına, işğala məruz qalan torpaqlarının azad olunması və ölkələrin bolluq və firavan gələcəyi üçün dualar edilib.

GAXA.ge