Tetritskaroda külli miqdarda narkotik vasitə aşkar edilib
Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları əməliyyat
və istintaq əməliyyatı nəticəsində S.A.-nı Tetritskaro bələdiyyəsində saxlayıblar.
GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 1958-ci
ildə anadan olan saxlanılan şəxs qanunsuz narkotik vasitə əldə etmə və saxlama
ittihamı ilə həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan
şəxsi törətdiyi cinayətə görə, 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə
və ya qeyri-müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Titritskaro bələdiyyəsinin ərazisində polislər
tərəfindən saxlanılan şəxsə məxsus avtomobildə aparılan axtarış tədbirləri nəticəsində
polis maddi sübut kimi 2 kiloqram 300 qram narkotik vasitə olan
"heroin", "morfin" və "kodein" aşkar edib.
Xüsusilə böyük miqdarda narkotik maddənin qanunsuz əldə
edilməsi və saxlanması ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-ıncı maddəsinin
6-cı hissəsinin "a" yarımbəndinə uyğun aparılır.
GAXA.ge